Logo

Bayram günlərində taksilərdə qiymətlər artıb? - VİDEO

Bayram günlərində taksilərdə qiymətlər artıb? - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Adətən bayram ərəfəsində və bayram günlərində bölgələrə taksiylə sərnişin daşınmasında qiymət artımı müşahidə edilirdi.

Sfera.az Xəzər TV-yə istinadən xəbər verir ki, hal-hazırda bayram günü olsa da, bölgələrə sərnişin daşıyan taksilərdə qiymət artımı yoxdur.

Bunu taksi fəaliyyəti ilə məşğul olanlar da təsdiqləyirlər. Sürücülər bunu sərnişinlərin azlığı ilə əlaqələndirirlər.

Taksi sürücüləri deyirlər ki, bu il vətəndaşlar bayramdan 4-5 gün əvvəl rayonlara üz tutublar. Buna səbəb də ölkədə sərt karantin rejiminin tətbiq edilməsi ehtimalı olub.

Sərnişinlər də qiymətlərin dəyişmədiyini söyləyiblər.

Taksi sürücüləri bildiriblər ki, yaxın günlərdə də qiymətlərin dəyişəcəyi gözlənilmir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR