Logo

Könül Nurullayeva ağacəkmə aksiyasında iştirak etdi - FOTOLAR/VİDEO

Könül Nurullayeva ağacəkmə aksiyasında iştirak etdi - FOTOLAR/VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Millət vəkili K. Nurullayeva martın 17-də bayram ab-havasını, baharın gəlişini seçicilərilə birlikdə qeyd etmək, xüsusilə, zəfər ilə nəticələnən 44 günlük şanlı vətən savaşında canından keçmiş şəhidlərimizin xatirəsini yad etmək məqsədilə Nizami rayonu 220 saylı orta məktəb-liseyin həyətyanı sahəsində ağacəkmə aksiyası təşkil edib. Yaz ağac əkini çərçivəsində silsilə ağacəkmə və meşəbərpa tədbirlərinə töhvə verən aksiyada müəllim-şagird kollektivi, Nizami rayonu sakinləri və könüllülər də iştirak ediblər.

Millət vəkilinin Deputat Qərargahından verilən məlumata görə, K. Nurullayeva həmçinin 220 saylı məktəb-liseylə də yaxından tanış olub, məktəbin direktoru Lətifə Əzizova və məktəb kollektivi ilə görüşüb.

"Baharın gəlişini sizlərlə birlikdə qarşılamaq çox xoş, qəhrəman şəhidlərimizin xatirəsini anmaq isə bir o qədər qürurverici idi” vurğulayan K. Nurullayeva aksiyada iştirak edən bütün könüllü vətəndaşlara minnətdarlığını bildirib. O, Novruz bayramı münasibətilə iştirakçıları bir daha ürəkdən təbrik edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR