Logo

Aleksey Navalnı belə saxlanıldı - Video

Aleksey Navalnı belə saxlanıldı - Video
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya müxalifətinin lideri Aleksey Navalnı bu gün Rusiyada saxlanıldı.

Qeyd edək ki, zəhərlənməsi ilə əlaqədar bir müddət Almaniyada müalicə alan Rusiya müxalifətinin liderlərindən biri Aleksey Navalnı ölkəsində ona qarşı cinayət işi açılmasına baxmayaraq Rusiyaya qayıtdı.

Onu daşıyan təyyarə yerli vaxtla saat 20640-da Moskvanın "Vnukovo” hava limanına eniş etməli idi.

Navalnının tərəfdarları onu qarşılamaq üçün aeroportun önünə yığışmışdı. Sözügedən hava limanında gərginlik yaşandı və Navalnının tərəfdarları, o cümlədən də siyasətçinin silahdaşı Lyubov Sobol həbs edildi.

Bu arada Navalnını daşıyan təyyarə Moskvada "Vnukovo” aeroportuna enməli olduğu halda, müxalifət liderinə görə”Şeremetyevo” hava limanına eniş etdi.

Jurnalistlərə ilk açıqlamasını edən Navalnı sırf ona görə başqa aeroporta gəlməli olan sərnişinlərdən  üzr istədi. Həmçinin bildirdi ki, vətənə qayıtdığına görə xoşbəxtdir və bu onun son beş aydakı ən xoş günüdür. Bura onun evidir. O, qorxmur! Bilir ki, haqlıdır və batrəsində açılan cinayət işi  sifarişdir!

Bundan sonra polis Navalnını saxladı.

Xatırladaq ki, Rusiyanın İstintaq Komitəsinin Baş İstintaq İdarəsi Aleksey Navalnıya qarşı dələduzluqla bağlı cinayət işi açıb. Bu üzdən o, hava limanındaca saxlanıldı.

Selcan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR