Logo

İŞİD-in təhlükəli üzvü Ankarada saxlanıldı - FOTOLAR + VİDEO

İŞİD-in təhlükəli üzvü Ankarada saxlanıldı - FOTOLAR + VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
İraqda İŞİD terror təşkilatı üçün partlayıcıları avtomobillərə yerləşdirmək kimi təhlükəli işlər görən "İbrahim” ləqəbli terrorçu Türkiyədə ələ keçib.

Sfera.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyənin təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində o, Ankaradakı evində saxlanılıb.

Terrorçunun evindən 1 ədəd mobil telefon, 4 ədəd SİM-kart və təşkilata aid məlumatların olduğu dəftər götürülüb. Onun İraqdakı münaqişə bölgələrində olması, eləcə də avtomat silahdan təlim gördüyünə dair fotolar müəyyən edilib.

Faktla bağlı istintaq aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR