Logo

Ermənistanda etirazçılar Müdafiə Nazirliyinin qapısını qırdılar - VİDEO

Ermənistanda etirazçılar Müdafiə Nazirliyinin qapısını qırdılar - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dağlıq Qarabağda hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbçilərin valideynləri və qohumları Ermənistan Müdafiə Nazirliyinin binası qarşısına toplaşaraq etiraz aksiyası keçirirlər.

Sfera.az  xəbər verir ki, binanın qarşısına toplaşan valideynlər səlahiyyətli şəxslərdən uşaqları barədə məlumat vermələrini tələb edirlər. Nazirliyin heç bir nümayəndəsinin etirazçıların qarşısına çıxmaması onları daha da qəzəbləndirib. Nəticədə etirazçılar ilə polis arasında qarşıdurma yaşanıb. Bundan sonra itkin düşən hərbçilərin yaxınları nazirliyin qapısını sındıraraq şöbənin binasına daxil olublar.

Daha sonra Ermənistan müdafiə naziri Vaqarşak Harutyunyan və Baş Qərargah rəisi Onik Qasparyan itkin düşmüş hərbçilərin valideynləri ilə görüşmək barədə razılığa gəliblər.

Səlahiyyətli şəxslərlə görüşə 10 nəfərdən ibarət qrup gedib.

Qeyd edək ki, Qarabağda itkin düşmüş erməni hərbçilərin valideynləri artıq bir neçə həftədir ki, Ermənistanın müxtəlif bölgələrində etiraz aksiyaları keçirirlər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR