Cəsur topçunun böyüyüb boya-başa çatdığı evdən reportaj
Kateqoriya məlum deyil
Azərbaycan xalqı onu Müdafiə Nazirliyinin bir neçə gün əvvəl yaydığı videodan tanıdı. Top atəşini yerinə yetirdikdən sonra cəsur duruşu ilə igid Azərbaycan əsgərinin simvoluna çevrilən Vüsal Şahkərimov barədə video və fotolar qısa müddət ərzində sosial şəbəkələrin və medianın gündəminə çevrildi.
Sfera.az xəbər verir ki, Xaçmazın Qusarçay kəndində anadan olan cəsur topçunun yaşadığı evdə olub, əsgərimizin valideynləri və yaxınları ilə görüşərək onların təəssüratlarını öyrənilib.
V.Şahkərimovun doğmaları onun barəsində fəxrlə, qürurla, ürəkdolusu danışırlar.
Onlar qeyd edirlər ki, Vüsalın böyüyüb boya-başa çatdığı evə hər gün ziyarətçilər gəlir. Cəsur topçunun doğmaları Azərbaycanın belə igid övladları ilə fəxr etdiklərini və düşmənin məhz onların sayəsində məhv ediləcəyini bildiriblər.///Report






