Yasamalda xüsusi karantin rejimi qaydalarını pozan internet klubunun sahibi cərimələndi - VİDEO
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı Yasamal rayonu R.Tağıyev və D.Bünyadzadə küçələrinin kəsişməsində fəaliyyət göstərən internet klub aşkar edilib.
Həmin obyektə baxış zamanı azyaşlı və yetkinlik yaşına çatmayanların kütələvi şəkildə xüsusi karantin qaydalarına zidd olaraq oyun zalında olduqları müəyyənləşdirilib.
İnternet klubunun sahibi paytaxt sakini Mehman Cabbarlı barəsində Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək cərimə edilib. Obyektdə olan azyaşlılar və yetkinlik yaşına çatmayanlar isə polis əməkdaşları tərəfiindən ailələrinə təhvil verilərək onların valideynlərinə xəbərdarlıq edilib.






