Logo

“Lotos” Ticarət Mərkəzinin yaxınlığında güclü yanğın - VİDEO

“Lotos” Ticarət Mərkəzinin yaxınlığında güclü yanğın - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda avtoyuma məntəqəsində yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a bildirilib.

Verilən məlumata görə, hadisə Nizami rayonunda, "Lotos” Ticarət Mərkəzinin arxasında yerləşən avtoyuma məntəqəsində qeydə alınıb.

Ümumi sahəsi 40 m² olan avtoyuma məntəqəsinin damının taxta atmaları və içərisində olan əşyalar 10 m² sahədə yanıb.

Avtoyuma məntəqəsinin qalan hissəsi və bitişik mağaza yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə şahidlər yanğının görüntülərini BAKU.WS-in "qaynar xətt"inə göndəriblər. Həmin görüntüləri təqdim edirik.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR