Logo

Bank Respublika gənclərin maliyyə savadlılığı təşəbbüsünü dəstəklədi

Bank Respublika gənclərin maliyyə savadlılığı təşəbbüsünü dəstəklədi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Korporativ sosial məsusliyyət layihələrinə xüsusi önəm verən Bank Respublika, ölkəmizdə həyata keçirilən

"Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək” layihəsinə öz töhfəsini verdi.

Belə ki, Bankın əməkdaşları noyabr-dekabr aylarında Bakı şəhərində və regionlarda yerləşən 25 məktəbdə

1000-ə yaxın şagirdə banklarda kreditlərin verilməsinin əsasları haqqında təlimlər keçmiş, onları

maraqlandıran sualları cavablandandırmışdır.

Qeyd edək ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin

(Junior Achievement Azerbaijan) həyata keçirdiyi layihənin əsas məqsədi ümumi təhsil müəssisələrində

təhsil alan şagirdlərdə maliyyə savadlılığı və sahibkarlıq bacarıqlarının erkən yaşlardan inkişaf

etdirilməsindən ibarətdir. Layihə çərçivəsində tədris və elektron resursların hazırlanması, təlimçi

müəllimlərin yetişdirilməsi, ümumi təhsil müəssisələrinin nəzdində sahibkarlıq mərkəzlərinin yaradılması

planlaşdırılır.

Bankdan verilən məlumata əsasən, Bank növbəti ildə də maliyyə savadlılığıının artırılması, təhsil və digər

sosial layihələr həyata keçirərək cəmiyyətə faydalı olmağa davam edəcək.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında , facebook səhifəsində və ya 144 nömrəsinə zəng

edərək əldə edə bilərsiniz.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR