Logo

Qızları fahişəliyə cəlb edən dəstə yaxalandı - Əllərini qaynar suda yandırırlarmış... - FOTO

Qızları fahişəliyə cəlb edən dəstə yaxalandı - Əllərini qaynar suda yandırırlarmış... - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Türkiyədə xarici ölkələrdən qadınları aldadaraq gətirən, onları zorla fahişəliyə cəlb edən dəstə yaxalanıb.

Sfera.az Redaktor.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında İstanbul polisi böyük əməliyyat keçirib. Əməliyyat nəticəsində 21 əcnəbi qadın xilas edilib, 11 nəfər dəstə üzvü isə saxlanılıb.

Qadınların ifadəsi hər kəsi şoka salıb. Onlar bildiriblər ki, Türkiyəyə işləmək vədi ilə dəvət ediliblər. Ancaq sonradan dəstə üzvləri tərəfindən tanımadıqları kişilərlə intim əlaqədə olmağa məcbur ediliblər.

Pasportu əlindən alınan qadınların çoxu təhdid və şantajlar qarşısında asanlıqla təslim olub. Fahişəliklə məşğul olmaq istəməyənlərə isə ağır işgəncələr verilib. Hətda onlardan bir neçəsinin əli qaynar suda yandırılıb.

Qeyd edək ki, sözügedən qadınların çoxu Orta Asiyadandır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR