Logo

Prezident tankerin istismara verilməsi mərasimində iştirak edib

Prezident tankerin istismara verilməsi mərasimində iştirak edib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 13-də "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa edilmiş "Laçın” adlı ilk tankerin istismara verilməsi mərasimində iştirak edib.

Sfera.az xəbər verir ki, dövlətimizin başçısının iştirakı ilə "Azərbaycan” gəmi-bərəsinin suya salınması, yeni alınan "Şahdağ”, "Xocalı”, "Quba”, "Murovdağ” və "Savalan” platforma-təchizat gəmilərinin istifadəyə verilməsi mərasimləri də olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR