Logo

Nəsimi rayonunda qadınlar üçün ictimai dinləmə keçirilib

Nəsimi rayonunda qadınlar üçün ictimai dinləmə keçirilib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ölkəmizdə insan hüquqlarının daha etibarlı qorunmasına xidmət edən

demokratik hüquqi islahatlar çərçivəsində uğurlu gender siyasəti aparılır, qadın

problemlərinin həlli dövlət və cəmiyyət tərəfindən daim diqqət mərkəzində

saxlanılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan hərtərəfli mütərəqqi

islahatlar hər bir ailənin rifahının yaxşılaşmasına, həmçinin cəmiyyətimizin

müxtəlif təbəqələrinin, o cümlədən qadınların hüquqlarının təmin olunmasına

yönəlib. Bu istiqamətdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti

Mehriban Əliyevanın təşəbbüsü həyata keçirilən məqsədyönlü və önəmli tədbirlər

də ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır.

Cəmiyyətdə qadınların daha çox əziyyət çəkdiyi kobud rəftar, şiddət və bu kimi

digər halların yolverilməzliyi ən vacib məsələlərdən biridir. Dünyanın əksər inkişaf

etmiş dövlətləri kimi, Azərbaycanda da gender əsaslı zorakılığın qarşısının

alınması üçün mühüm addımlar atılır.

Ölkə ictimaiyyətinin diqqətini gender əsaslı zorakılıqla mübarizəyə cəlb etmək

məqsədilə keçirilən "Qadınlara və qızlara qarşı zorakılığa son qoyaq!" 16 günlük

fəallıq kampaniyası çərçivəsində müxtəlif maarifləndirici tədbirlər keçirilir.

İnsan hüquq və azadlıqlarının təmin olunmasında, bu sahədə yerli və beynəlxalq

qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın həyata keçirilməsində iştirak edən

Ədliyyə Nazirliyi tərəfindən kampaniya çərçivəsində noyabrın 29-da Nəsimi

Rayon İcra Hakimiyyəti ilə birgə qadınlar üçün ictimai dinləmə keçirilib. Tədbirdə

nazirliyin və icra hakimiyyətinin rəhbər şəxsləri, Vəkillər Kollegiyası Rəyasət

Heyətinin üzvü, ədliyyə işçiləri, notarius, hakim, polis, vətəndaş cəmiyyəti

institutunun nümayəndələri və rayonun çoxsaylı qadınları iştirak ediblər.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva və

Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi

Aynur Sabitova çıxış edərək qadınların hüquqi maarifləndirilməsi, onların ailə-

məişət qayğıları ilə maraqlanılması məqsədi daşıyan tədbirin əhəmiyyətini qeyd

edib, ölkəmizdə cəmiyyətin həssas təbəqəsi olan qadınların hüquqlarının təmin

olunması üzrə atılan mühüm addımlardan bəhs ediblər.

Vətəndaşlarla sual-cavab kontekstində keçirilən tədbirdə hər bir müraciət diqqətlə

dinlənilib, qaldırılan məsələlər araşdırılması və həlli ilə bağlı aidiyyəti dövlət

qurumuna yönləndirilib, qadınların hüquqları, qanunvericiliyin tələbləri izah

olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR