Logo

Bakcell Bakutel -2019 sərgisində: ən üstün şəbəkə və müştəri təcrübəsi

Bakcell Bakutel -2019 sərgisində: ən üstün şəbəkə və müştəri təcrübəsi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakcell şirkəti 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,

İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində iştirak edir.

Şirkət öz ənənəsinə sadiq qalaraq bu il də öz stendində Azərbaycanın ən böyük mobil şəbəkəsini

və ən sürətli mobil internet xidmətini, özünün son nailiyyətlərini, məhsul və xidmətlərini nümayiş

etdirir, həmçinin bir sıra əyləncəli tədbirlər, maraqlı oyunlar və müsabiqələr təşkil edir.

Bundan əlavə, Bakcell öz stendində şirkət üçün yeni ayrılan "099” prefiksinin də yaxın gələcəkdə

istifadəyə veriləcəyini elan edir.

Ən üstün əhatə dairəsi və ən sürətli mobil internet

"Bakutel-2019” sərgisində quraşdırılmış Bakcell stendinin qonaqları ölkədə ən geniş əhatə

dairəsinə malik olan, tanınmış OOKLA şirkəti tərəfindən sınaqdan keçirilərək ardıcıl olaraq 3 dəfə

Azərbaycanın ən sürətli mobil şəbəkəsi adına layiq görülmüş Bakcell şəbəkəsinin imkanları ilə

tanış olmaq fürsəti qazanacaqlar.

Bu gün 8000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə

ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Şirkət əhatə dairəsi və

trafik buraxma qabiliyyəti baxımdan ölkənin ən geniş və sürətli 4G şəbəkəsinə malikdir.

Mənim Bakcellim: virtual müştəri xidməti mərkəzi

Bundan əlavə, sərgi ziyarətçiləri ölkənin telekommunikasiya bazarında ilk virtual müştəri

xidmətləri aləti olan "Mənim Bakcellim” mobil tətbiqetməsi ilə tanış olmaq, mobil əlavəni

sınaqdan keçirib onun maraqlı və unikal funksiyaları barədə məlumat almaq imkanına malik

olacaqlar. "Mənim Bakcellim” abunəçilərə məlumat mərkəzinə zəng etmədən və müştəri xidməti

mərkəzinə getmədən mobil nömrə ilə istənilən əməliyyatı həyata keçirmək imkanı verir. "Mənim

Bakcellim” istifadəçilərə maksimum şəffaflıq və rahatlıq, zəng olunmuş nömrələrin siyahısı,

zənglərin vaxtı və müddəti və sərf olunmuş məbləğlər daxil olmaqla nömrənin istifadə

tarixçəsinə aid bütün məlumatlara tam nəzarət imkanı və hətta onlayn çat kimi üstünlükləri

təqdim edir.

AppLab: Azərbaycan gəncləri üçün yeni imkanlar

Bakcell stendində həmçinin ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından

istifadəyə tam hazır məhsul variantınadək çatdırılmasında gənc yerli developerlərə kömək edən

AppLap proqramı və bu proqram çərçivəsində startaplar tərəfindən yaradılmış 2 layihə təqdim

edilir. Buradakı Buradakı "ToWaves” ortaq maraq və oxşar fikirləri olan insanları bir araya

gətirən şəbəkədir. "Bon.az” isə istifadəçilərin onlayn alış-verişdən "cashback” əldə etməsi üçün

yaradılan sistemdir.

Bakcell və "Ulduzum”dan çoxlu hədiyyələr

Bakcell şirkətinin "Bakutel 2019” stendinin ziyarətçiləri sərgidən əyləncəsiz ayrılmayacaqlar.

Onlar "Ulduzum” loyallıq tərəfindən təşkil edilmiş oyunda iştirak edib şənlənməyə, hədiyyələr

qazanmağa və Bakcell şirkətinin bu maraqlı loyallıq proqramı barədə məlumatlanmağa dəvət

olunacaqlar.

Bundan əlavə Bakcell stendində Virtual Reallıq oyunlarını oynamaq və lotereyalarda iştirak edib

çoxlu hədiyyələr qazanmaq da olar.

***

Mehriban və əyləncə dolu bir mühitdə ölkənin ən üstün şəbəkə və müştəri təcrübəsi barədə

məlumat alıb unudulmaz təəssüratlar əldə etmək üçün Bakcell şirkəti "Bakutel 2019” sərgisinin

bütün ziyarətçilərini öz sərgi stendinə dəvət edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR