3 dekabr Əlillər günü Nəsimi rayonunda qeyd edildi
Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən 3
Dekabr - Beynəlxalq Əlillər günü Ümummilli Liderimiz Heydər Əliyevin müvafiq
sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da qeyd olunmağa
başlanmışdır. Ümummilli liderimiz Heydər Əliyev əlil insanların diqqət və qayğı
ilə əhatə olunmasını dövlətimizin sosial siyasətinin əsas prioritetlərindən biri kimi
müəyyən edərək, bu istiqamətdə mühüm tədbirlərin, sosial proqramların əsasını
qoyub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
cəmiyyətimizin bütün təbəqələrinin üzvlərinə, o cümlədən əlil vətəndaşlara olan
diqqət və qayğısı hər zaman göz qabağındadır. Ölkə başçısının sərəncamı ilə
mütəmadi olaraq müxtəlif kateqoriyalardan olan əlillərin müavinətləri artırılır,
əlillərin sosial vəziyyətinin və maddi durumunun yaxşılaşdırılması, onların
cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşamasını təmin etməkdən ötrü dövlət
tərəfindən tədbirlər həyata keçirilir.
3 dekabr- Əlillər günü münasibətilə Nəsimi rayon İcra Hakimiyyətində rayonun 20
yanvar, Çernobıl, Böyük Vətən Müharibəsi və Qarabağ müharibəsi veteranları
cəmiyyətlərinin, əlillər və gözdən əlillər cəmiyyətlərinin üzvlərinin iştirakı ilə
tədbir keçirilmişdir.
Tədbir iştirakçılarını salamlayan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif
Əsgərov dövlətimizin və şəxsən ölkə başçısı cənab İlham Əliyevin və Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əlil
vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Nəsimi rayonunda
həyata keçirilən işlərdən danışaraq bildirdi ki, Prezident İlham Əliyevin
tapşırıqlarına əsasən əlilliyi olan şəxslərin sosial təminatı, reabilitasiyası və
cəmiyyətə inteqrasiyası sahəsində ardıcıl və məqsədyönlü addımlar atılır.
Əlilliyə görə əmək pensiyası və ya aylıq sosial müavinətlə yanaşı müharibə
əlilləri və onlara bərabər tutulanlar, həmçinin yalnız aylıq müavinət alan ümumi
səbəblərdən I qrup əlilliyi olanlar Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin
olunurlar. Hər il müharibə əlili və onlara bərabər tutulan şəxslərə isə dövlət büdcəsi
hesabına minik avtomobili verilib,müharibə əlillərinin, I və II qrup Çernobıl AES
əlillərinin uşaqlarına da aylıq sosial müavinət, radiasiya qəzası nəticəsində zərər
çəkərək əlil olmuş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət ödənilir.
Xüsusi olaraq diqqətə çatdırdı ki, Azərbaycan Respublikasının Birinci vitse-
prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın nəcib
təşəbbüsləri, xoşməramlı layihələri də fiziki məhdudiyyətli insanların qayğı ilə
əhatə olunmasında, onların reabilitasiyasında mühüm rol oynayır. Fondun dəstəyi
ilə Bakıda Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya
Müəssisəsinin və görmə məhdudiyyətli insanlar üçün Regional İnformasiya
Mərkəzlərinin yaradılması, sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət
müəssisələrində ən müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraitinin
qurulması, 2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək
texnologiyalı protezlərlə təmin edilməsi, əlilliyi olan şəxslər, sağlamlıq imkanları
məhdud uşaqlar üçün mütəmadi olaraq xeyirxah aksiyaların təşkil olunması və s.
bunun əyani təsdiqidir.
A.Əsgərov bildirmişdir ki, əlil vətəndaşlara və xüsusilə də əlil uşaqlara diqqət
və qayğı cəmiyyətimizin hər üzvünün borcudur. Bununla əlaqədar əlillərlə bağlı
müxtəlif tədbirlərin həyata keçirilməsi dövlət tərəfindən hər zaman diqqət
mərkəzində saxlanılır. Belə ki, il ərzində RİH tərəfindən əlillər və xüsusilə də əlil
uşaqlarla bağlı bir sıra tədbir təşkil olunmuşdur.
Tədbirdə Qarabağ müharibəsi veteranları,əlilləri və şəhid ailələri İctimai Birliyinin
Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev çıxış edərək əlil vətəndaşlarımıza və
xüsusilə də Qarabağ müharibəsi əlillərinə göstərdiyi diqqət və qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya
minnətdarlıqlarını bildirmişdir.
Daha sonra tədbir iştirakçılarına ərzaq bağlamaları təqdim olunmuşdur.






