Logo

IBA Tech Akademiyası layihəsi Beynəlxalq Əmək Təşkilatı və ASK-nın mükafatını qazandı

IBA Tech Akademiyası layihəsi Beynəlxalq Əmək Təşkilatı və ASK-nın mükafatını qazandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Beynəlxalq Bankı Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli

Konfederasiyasının Korporativ Sosial Məsuliyyət layihələrinin qiymətləndirilməsi

məqsədilə keçirdiyi müsabiqənin qaliblərindən olub. Bank bu il reallaşdırdığı IBA Tech

Akademiyası layihəsinə görə ölkəmizdə korporativ sosial layihələrdə fəal iştirak edən

biznes qurumu kimi mükafatla təltif edilib. Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində

noyabrın 21-də "Fairmont” otelində "Dayanıqlı inkişaf məqsədləri və biznes mühiti”

mövzusunda keçirilən konfrans zamanı mükafat Azərbaycan Beynəlxalq Bankına

təqdim edilib.

Belə bir müsabiqənin məqsədi ölkəmizdəki biznes subyektlərinin həyata keçirdiyi

Korporativ Sosial Məsuliyyət layihələrinin sayının artırılmasına nail olmaq, bu sahədə

motivasiya yaratmaqdır. Müsabiqəyə ölkənin ayrı-ayrı aparıcı biznes qurumları öz

KSM layihələrini təqdim ediblər. Layihələrin qiymətləndirilməsi Beynəlxalq Əmək

Təşkilatı ilə birlikdə həyata keçirilib. Bu zaman layihələrin dayanıqlı iqtisadi inkişafa

dəstək səviyyəsi, əhatə dairəsi, məzmunu, cəmiyyətə faydaları və s. bu kimi amillər

nəzərə alınıb.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı IBA Tech Akademiyasını bu ilin

sentyabrında yaradıb. Burada məqsəd ölkəmizin əmək bazarındakı ehtiyacları nəzərə

alaraq peşəkar informasiya texnologiyaları mütəxəssislərinin hazırlanmasına dəstək

olmaqdır. Akademiyanın ölkəmizin biznes mühitində ilk dəfə reallaşdırdığı sosial

layihəsi çərçivəsində burada təhsil ödənişsizdir. Hazırda 100-dən artıq gənc IBA Tech

Akademiyasında təşkil olunan ilk intensiv bootcamp kurslarında ölkəmizin əmək

bazarında xüsusilə böyük tələbat olan FrontEnd və BackEnd proqramlaşdırma

biliklərinə yiyələnir.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müşaviri Zaur Ələkbərov

bildirib: "IBA Tech Akademiyası layihəsinin qazandığı mükafat, bu

təşəbbüsümüzün mühüm ictimai faydalarından irəli gəlir. Azərbaycan

Beynəlxalq Bankı cəmiyyətimizin yüksək maraq və rəğbətlə qarşıladığı bu cür

gərəkli layihələri bundan sonra da davam etdirəcək”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri

barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet

səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook

səhifəsindən əldə etmək olar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR