Logo

BDYPİ-in əməkdaşları "Ölkəmizi tanıyaq" layihəsininin iştirakçıları ilə maarifləndirmə tədbiri keçirir

BDYPİ-in əməkdaşları "Ölkəmizi tanıyaq" layihəsininin iştirakçıları ilə maarifləndirmə tədbiri keçirir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gənc nəslin vətənpərvər ruhda formalaşmasına xidmət edən "Ölkəmizi tanıyaq"

layihəsinin keçirilməsi artıq ənənə halını alıb. Ötən gündən başlayaraq şagirdlərimiz

növbəti dəfə ölkəmizin müxtəlif bölgələrinə səyahətə çıxıb.

Hər il olduğu kimi yenə də layihə iştirakçılarının təhlükəsizliyini təmin edən Baş

Dövlət Yol Polisi İdarəsi bu mühüm vəzifənin icrası ilə yanaşı bu dəfə şagirdlərin yol

hərəkəti təhlükəsizliyi sahəsində maarifləndirilməsini vəzifəsini də yaddan çıxarmayıb.

«Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü

illər üçün Dövlət Proqramı»nın məqsədlərinə uyğun olaraq keçirilən maarifləndirmə

tədbirində əsas hədəf layihə iştirakçılarına yol hərəkəti qaydalarını aşılamaq, təhsildə və

ictimai həyatda fəallıqları ilə seçilən şagirdləri yol hərəkəti təhlükəsizliyinin təbliğində

aktiv iştirakçıya çevirmək və onları ölkəmizdə yol mədəniyyətinin daha da inkişaf

etdirilməsinə yeni-yeni töhfələr verməyə ruhlandırmaqdır.

Tədbirə qatılan Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı

Rüfət Quliyev, baş inspektor polis polkovnik-leytenantı İsa Deystani, Quba rayon

Dövlət Yol Polisi Bölməsinin əməkdaşları və Avtosfer.az saytının baş redaktoru Elməddin

Muradlı "Ölkəmizi tanıyaq" layihəsinin iştirakçılarına uşaq və yeniyetmələr tərəfindən

çəkilmiş və üzərində yol hərəkəti iştirakçılarının maarifləndirilməsinə, o cümlədən

yolayrıclarında və piyada keçidlərində təhlükəsizlik qaydalarına riayət edilməsi,

motodəbilqədən və təhlükəsizlik kəmərindən istifadə vərdişlərinin aşılanması və sair bu

kimi yol hərəkəti qaydalarına həsr olunmuş bukletlərlər təqdim etmişlər.

Təsadüfi deyildir ki, bu formatda keçirilən maarifləndirmə tədbiri və hədiyyə olunan

təbliğat materialları şagirdlər tərəfindən olduqça müsbət qarşılanmış, bukletlərdə ehtiva

olunan mövzular üzrə geniş müzakirələr aparılmışdır.

Biz də inanırıq ki, "uşaq dili” ilə deyilən tövsiyələr "Ölkəmizi tanıyaq" layihəsinin

iştirakçıları tərəfindən heç zaman unudulmaz.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR