Logo

“Yol Polisinin Gənc Köməkçiləri” festivalda iştirak etdilər

“Yol Polisinin Gənc Köməkçiləri” festivalda iştirak etdilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Oktyabrın 21-dən noyabrın 2-dək Rusiya Federasiyasının Krasnodar vilayətinin

Anapa şəhərində yerləşən "Smena” Ümumrusiya Uşaq Mərkəzində MDB-yə üzv olan

ölkələrdən Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan,

eləcə də Rusiya Federasiyasının 38 regionundan nümayəndə heyətlərinin qatıldığı

"Gənc Yol Hərəkəti İnspektoru” hərəkatının 14-cü dövlətlərarası festivalı keçirilib.

Tədbirdə ölkəmizi Baş Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin

Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi, polis polkovnik-

leytenantı Rüfət Quliyev və paytaxtın 245 nömrəli tam orta məktəbin müəllimi Məlahət

Ağayevanın müşayiəti ilə həmin məktəbin şagirdləri - Ayan Həmidova, Nurlan

Məlikzadə, Zeynal Nəzirli və Nigar Məlikovadan ibarət "Yol Polisinin Gənc Köməkçisi”

dəstəsinin üzvləri təmsil ediblər.

Festival iştirakçıları arasında öz fəallıqları ilə seçilən təmsilçilərimiz, yol hərəkəti

qaydalarına aid bilik müsabiqələri və viktorinalarda yarışıb, yol hərəkəti təhlükəsizliyinin

mənimsənilməsinə həsr edilmiş oyunlarda iştirak edib, müxtəlif intellektual, bədii və

idman müsabiqələrinə, rəqs və teatral bacarıqlara həsr olunmuş "ustad dərsləri”nə

qatılaraq bacarıqlarını nümayiş etdiriblər.

"Açıq mikrofon" formatında keçirilmiş tədbir zamanı uşaqlar yol hərəkəti

təhlükəsizliyinə aid müzakirələr apararaq maraqlı təkliflərlə cıxış edib və bu sahədə

qazandıqları müsbət təcrübəni həmkarları ilə bölüşüblər.

Xatırladaq ki, "Yol Polisinin Gənc Köməkçisi” dəstəsi yol hərəkəti təhlükəsizliyinin

təbliğinə həsr olunmuş beynəlxalq yarışlarda dəfələrlə ölkəmizi layiqincə təmsil edərək

MDB-yə üzv olan dövlətlərin nümayəndə heyətləri arasında birincilik qazanmışlar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR