Logo

BDU THİK-dən Heydər Əliyev Fondunun sosial layihəsinə dəstək - FOTOLAR

BDU THİK-dən Heydər Əliyev Fondunun sosial layihəsinə dəstək - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzinə səfər edib.

Sfera.az xəbər verir ki, "Toplan" - Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin sahibsiz itlərlə işin təkmilləşdirilməsi üzrə birgə layihəsi çərçivəsində paytaxtın Balaxanı qəsəbəsində yaradılıb. BDU-nun "Jurnalistika” və "Ekologiya və Torpaqşunaslıq” fakültəsinin tələbələri çöl heyvanlarına qarşı aqresiyanın qarşısını almaq, təbliğat işini quraraq sahibsiz heyvanların sahiblənmə prosesini sürətləndirmək məqsədi ilə mərkəzə səfər edib, sosial şəbəkələrdə #toplan hash tag-i ilə kampaniyaya start veriblər. Görüşdə tələbələr "Toplan” mərkəzinin baytar müayinə bloku, sterilizasiya, müalicə və heyvanlara mikroçipin yerləşdirilməsi üçün müasir tibbi avadanlıq və preparatlarla, həmçinin, əməliyyata hazırlıq, əməliyyat, müayinə, ordinator, baytarlıq preparatlarının saxlanıldığı otaqlarla tanış olublar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR