Logo

Odlar Yurdu Universiteti beynəlxalq təlimlərdə iştirak edib

Odlar Yurdu Universiteti beynəlxalq təlimlərdə iştirak edib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Odlar Yurdu Universitetinin əməkdaşları 14-18 oktyabr 2019-cu il tarixində İsveç

Krallığının Kral Texnologiya Universitetində keçirilən "Ali təhsilin inkişaf

etdirilməsi” adlı beynəlxalq təlimlərdə iştirak etmişdir.

Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası

tərəfindən maliyyələşdirilən "Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı

Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı Erasmus+ layihəsi

çərçivəsində Odlar Yurdu Universiteti İsveçin nüfuzlu universitetlərindən biri olan

Kral Texnologiya Universitetində 7 ölkənin iştirakı ilə keçirilən beynəlxalq

təlimlərdə iştirak etmişdir. Təlimlərdə Yaponiya, Çin, Braziliya, Argentina,

Kolumbiya, Çili və layihənin üzvü olan 11 Azərbaycan universitetlərindən

nümayəndələr iştirak etmişdir.

Odlar Yurdu Universitetini Beynəlxalq Əlaqələr, Layihələr və strateji inkişaf

Departamentinin rəhbəri Zaur Məmmədov, Tədqiqat və inkişaf mərkəzinin rəhbəri

Elşən Eziz təmsil etmişdir. 5 gün davam edən təlimlərdə ali təhsilin inkişaf

etdirilməsində yeni strategiyalar, dayanıqlı inkişaf və onun ali təhsilə inteqrasiyası,

yeni tədris metodlarının və modellərinin tətbiqi, keyfiyyət təminatında CDİO

təşkilatının rolu və onun əsas prinsipləri istiqamətində Kral Texnologiya

Universiteti tərəfindən təqdimatlar edilmiş, mövzular ətrafında qarşılıqlı fikir

mübadiləsi aparılmış və faydalı müzakirələr edilmişdir. Təlimlərinin yekununda

Universitet nümayəndələri beynəlxalq sertifkatlarla təltif olunmuşdur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR