Logo

Azərbaycan Beynəlxalq Bankının IBA Tech Akademiyası fəaliyyətə başladı

Azərbaycan Beynəlxalq Bankının IBA Tech Akademiyası fəaliyyətə başladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Beynəlxalq Bankının yaratdığı IBA Tech Akademiyasında sosial

layihə kimi nəzərdə tutulmuş ilk intensiv bootcamp kurslarına start verilib. Tələbələr

sentyabrın 9-dan 30-a qədər davam edən qəbul prosesi zamanı onlayn ərizə

göndərmiş namizədlər arasından seçilib. Qəbul prosedurunun bütün mərhələlərini

uğurla keçən namizədlər kurslarda iştirak hüququ qazanıb.

Qəbul prosesində fiziki məhdudiyyətli şəxslərə də bərabər imkanlar mühiti

yaradılıb. Müraciət edən 15 fiziki məhdudiyyətli gəncdən 3 nəfəri qəbul

mərhələlərində göstərdiyi yüksək nəticələrə uyğun olaraq Akademiyaya qəbul edilib.

Beləliklə, IBA Tech Akademiyası inklüziv təhsil mühitində fəaliyyətə başlayıb.

Akademiya tələbələrinin orta yaş həddi 24 yaşdır. Tələbələrin 21 faizi xanımlardan

ibarətdir.

Azərbaycan Beynəlxalq Bankı belə bir Akademiyanı Korporativ Sosial

Məsuliyyət layihəsi çərçivəsində yaradıb. Burada məqsəd ölkəmizin əmək

bazarındakı ehtiyacları nəzərə alaraq peşəkar informasiya texnologiyaları

mütəxəssislərinin hazırlanmasına dəstək olmaqdır. Ölkəmizin biznes mühitində ilk

dəfə reallaşdırılan bu sosial layihə çərçivəsində Akademiyada təhsil ödənişsizdir.

IBA Tech Akademiyasında təşkil olunan ilk intensiv bootcamp kursları ölkəmizin

əmək bazarında proqramlaşdırma üzrə xüsusilə böyük tələbat olan FrontEnd və

BackEnd istiqamətlərini əhatə edir. IBA Tech Akademiyası Bakı şəhəri, Neftçi

Qurban küçəsi - 29 ünvanında yerləşən müasir biznes mərkəzində fəaliyyət göstərir.

Dəqiq elmlər sahəsində fəaliyyət göstərmiş görkəmli alimlərimiz Lütfizadə və Azad

Mirzəcanzadənin xatirəsinə hörmət əlaməti olaraq Akademiyanın 2 auditoriyasına

"Lütfizadə” və "Mirzəcanzadə” adları verilib.

Təlimləri beynəlxalq təcrübəli mütəxəssislər İsrailin məşhur TELEM metodikası

əsasında aparırlar. Kurs müddətində xüsusi fərqlənən məzunların işlə təminatına

kömək göstəriləcək.

Qeyd edək ki, yaxın vaxtlarda IBA Tech Akademiyasına yeni proqramlar üzrə

də qəbul nəzərdə tutulur. Bu barədə ictimaiyyətə müntəzəm məlumatlar veriləcək.

Proqramlara qoşulmaq istəyən şəxslər yenilikləri www.ibatech.az saytından və

Akademiyanın sosial şəbəkələrdəki korporativ səhifələri üzərindən izləyə bilərlər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR