Logo

Bakcell jurnalistləri mobil telekommunikasiyanın son həllər və yenilikləri ilə tanış edib

Bakcell jurnalistləri mobil telekommunikasiyanın son həllər və yenilikləri ilə tanış edib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

KİV nümayəndələri üçün növbəti seminar keçirilib

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti jurnalistlər

üçün növbəti dəfə iki günlük seminar keçirib.

"Mobil telekommunikasiya sənayesində son həllər və yeniliklər” mövzusunda keçirilimiş seminara

ölkənin bir çox aparıcı media qurumlarını təmsil edən 30-a yaxın jurnalist qatılıb. Ardıcıl olaraq altı

ildir ki təşkil olunan ənənəvi seminarın əsas məqsədi jurnalistləri mobil telekommunikasiya sahəsinin

əsasları, müasir texnologiyalar, innovasiyalar və son tendensiyalar barədə maarifləndirməkdir.

Seminar mobil telekommunikasiya üzrə məlumatlılığın və bu sahədən yazan jurnalistlərin

peşəkarlığının artırılmasına xidmət edir.

Qalaaltıda keçirilən seminarda təlimçi qismində iştirak edən "Bakcell”in aparıcı ekspertləri "Mobil

rabitənin əsasları”, "Telekom sahəsində "Big data”: Tətbiqlər və son tendensiyalar”, "Mobil

şəbəkənin inkişafı”, "Tədbirlər və şəbəkənin hazırlığı”, "Müştəri xidmətləri texnologiyaları”,

"Müştərilərlə əlaqələrin idarə edilməsi”, "Loyallıq Proqramları” və "Əşyaların İnterneti” kimi

mövzuları əhatə edib KİV nümayəndələrinə müasir mobil telekommunikasiya sənayesi və Bakcell

şirkətinin təqdim etdiyi texnologiya və xidmətlər barədə ətraflı məlumat veriblər.

Biri birindən maraqlı məruzələr və təqdimatlarla yadda qalmış seminar zamanı Bakcell

nümayəndələri jurnalistlərin telekommunikasiya sənayesi və yeni texnologiyalara aid suallarını

cavablandırıb, fikir mübadilələri və müzakirələr aparıblar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR