Logo

Azərbaycan Beynəlxalq Bankı yeni kart məhsulu olan Tamkartı təqdim etdi!

Azərbaycan Beynəlxalq Bankı yeni kart məhsulu olan Tamkartı təqdim etdi!
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Beynəlxalq Bankı müştərilərin arzularını tamamlayan çoxfunksiyalı

Tamkart məhsulunu təqdim edib. Oktyabrın 10-da "Fairmont Baku” otelində bank

menecmentinin, tərəfdaşların, müştərilərin, media nümayəndələrinin iştirakı ilə Tamkartın

təqdimat mərasimi baş tutub. Təqdimat mərasimində məhsulun üstün xüsusiyyətləri barədə

məlumat verilib.

Tamkartın əsas özəlliyi onun özündə eyni anda iki kartı - debet və kredit kartlarını

birləşdirən dual kart olmasıdır. Tamkart sahibləri Azərbaycan Beynəlxalq Bankı ilə layihə

çərçivəsində əməkdaşlıq edən bütün məkanlarda istədiyi məhsulun qiymətini bərabər

hissələrə bölərək, 18 ayadək müddətə taksitlə ödəyə bilər. Digər istənilən növ əməliyyatlar

zamanı isə müştərilərə tam 1 ay faizsiz güzəşt müddəti imkanı yaradılıb. Hər iki kart üzrə

SMS xəbərdarlıq xidməti pulsuzdur.

Tamkart məhsulunun üstünlükləri bununla da bitmir. Belə ki, sözügedən kart öz

sahiblərinə istənilən alış – veriş məkanında, o cümlədən onlayn ticarətdə nağdsız ödənişlər

zamanı minimum 2% həcmində kəşbək qazandırır. Bəzi tərəfdaş məkanlarda isə kəşbək

faizi 20% - dək çata bilər. Üstəlik, bu özəllik Tamkartı təşkil edən hər iki karta – həm debet,

həm də kredit kartına aiddir. Daha bir vacib məqam isə odur ki, Tamkart debet vasitəsilə

Azərbaycan Beynəlxalq Bankına məxsus bankomatlardan nağd vəsaitin çıxarılmasına görə

heç bir komisyon haqqı tətbiq edilmir.

Tamkart haqqında daha ətraflı məlumatları məhsulun rəsmi internet səhifəsi olan

www.tamkart.az saytından, yaxud //www.facebook.com/tamkart.az/ facebook

səhifəsindən əldə etmək olar. Tamkart əldə etmək istəyən müştərilər 15 oktyabr tarixindən

etibarən Azərbaycan Beynəlxalq Bankının bütün filial və şöbələrinə müraciət edə bilərlər.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib:

"İnnovativlik, müasir bankçılıq həllərinin tətbiqi, ölkəmizdə nağdsız ödəniş

infrastrukturunun inkişafına dəstək bu gün bizim əsas strateji hədəflərimizdəndir.

Son dövrlər bu sahədə bir sıra nailiyyətlərimiz olub. Tamkart məhsulunu

müştərilərimizin istifadəsinə verməyimiz də bu nailiyyətlərin davamıdır. Ümid edirik

ki, bu müştəriyönümlü məhsulumuzun üstünlüklərindən hər kəs faydalana biləcək”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri

barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən,

937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək

olar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR