Logo

BirKart müştərisi Honda Civic qazandı!

BirKart müştərisi Honda Civic qazandı!
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəbər verdiyimiz kimi, Kapital Bank BirKart müştəriləri üçün stimullaşdırıcı lotereya keçirirdi. 1 iyun – 1 oktyabr

2019-cu il tarixlərində partnyor mağazalar şəbəkəsində BirKart ilə taksit əməliyyatı edən müştərilər lotereyada iştirak

edib, qiymətli hədiyyələr qazanırdılar.

9 oktyabr tarixində Gənclik Mall Ticarət Mərkəzində canlı yayımda lotereyanın son tirajı keçirildi və növbəti 16

müştəri qiymətli hədiyyələr, sonda isə bir nəfər əsas hədiyyəni – Honda Civic avtomobilini qazandı. Qaliblərin

siyahısı sayta əlavə olunub – www.kapitalbank.az/lotereya.

Lotereya zamanı qaliblə canlı telefon bağlantısı yaradıldı, reklam kampaniyasının siması olan, tədbirdə iştirak edən

müğənni Rauf ona avtomobil qazandığını dedi və Gənclik Mall-a dəvət etdi. Bakı sakini Xəyalə Allahverdiyeva ticarət

mərkəzinə gəldi və canlı yayımda avtomobil ona təqdim olundu.

"İyun ayında BirKart taksit kartı ilə World Telecom mağazasında taksitlə mobil telefon aldım. Heç vaxt inanmazdım

ki, avtomobil udacağam. Bu barədə mənə zəng vurub deyəndə, əvvəlcə mənə belə gəldi ki, bu bir zarafatdır. Gənclik

Mall-a gələndə oradakı izdihamı gördüm və anladım ki, həqiqətən qalibəm. Kapital Bank-a belə gözəl fürsətə görə öz

minnətdarlığımı bildirirəm və lotereyada hədiyyə qazanan digər qalibləri də ürəkdən təbrik edirəm”, - deyə, Xəyalə

xanım bildirdi.

Qeyd edək ki, BirKart-ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. BirKart bir sıra üstünlüklərə malikdir: 18

ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən

aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı, SMS

məlumatlandırma xidməti isə pulsuzdur.

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook

səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə

və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə müraciət etmək olar. Azərbaycanda ən böyük filial

şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR