Logo

Bakcell BDU-nun tələbə və məzunlarını karyera imkanları ilə tanış edib

Bakcell BDU-nun tələbə və məzunlarını karyera imkanları ilə tanış edib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti BDU-

nun tələbə və məzunları üçün təşkil edilmiş "Karyerada ilk addım” adlı aktiv məşğulluq

tədbirində iştirak edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Bakı Dövlət

Universitetinin birgə təşkilatçılığı ilə BDU-nun tələbə və məzunları üçün "Karyerada ilk addım”

adlı aktiv məşğulluq tədbirinin əsas məqsədi tələbə və məzunların əmək bazarına çıxışının

dəstəklənməsi, onların işəgötürənlərlə ilkin əlaqələrinin qurulmasıdır.

Tədbir zamanı universitetin tələbə və məzunlarına Bakcell şirkətində mövcud olan vakansiya və

təcrübə imkanları barədə məlumat verilib və potensial namizədlərlə müsahibələr keçirilib.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından olan Bakcell şirkəti gənclərin təhsilinin və

karyerasının inkişafına dəstək göstərir. Şirkət mütəmadi olaraq müxtəlif təhsil müəssisələri,

müvafiq dövlət strukturları və təşkilatlar tərəfindən təşkil olunan karyera sərgilərində fəal iştirak

edir. Müsahibədən uğurla keçən gənclər ölkənin ən böyük şirkətlərindən birində iş və ya təcrübə

imkanı qazanır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR