Logo

Beynəlxalq Bank ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında memorandum imzalandı

Beynəlxalq Bank ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında memorandum imzalandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya

Mərkəzində keçirilən "Startap ekosistemi: çağırışlar, perspektivlər və həllər”

mövzusunda ekonoton zamanı Azərbaycan Beynəlxalq Bankı ilə Mərkəz arasında

Anlaşma Memorandumu imzalanıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal

Qasımlı bildirib ki, belə bir əməkdaşlıq ölkəmizdəki sahibkarlıq subyektlərinin ixrac

imkanlarının artırılmasına, bu sahədə innovativ inkişafa, elektron ticarətin

genişlənməsinə, maliyyə resurslarına çıxış imkanlarının artmasına kömək göstərəcək:

"Azərbaycan bu sahələrdə çox böyük potensiala malikdir. Bu potensialın

reallaşdırılmasından ötrü ayrı-ayrı istiqamətlərdə fəaliyyətlərin əlaqələndirilməsi

zərurəti var. Azərbaycan Beynəlxalq Bankı ilə çoxşaxəli əməkdaşlığı nəzərdə

tutan memorandum da bu məqsədə xidmət edir”.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov isə

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin bu gün ölkəmizdə aparılan

iqtisadi islahatların monitorinqi, ixracın dəstəklənməsi sahəsində reallaşdırdığı

layihələrin bank üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib: "Mərkəzlə əməkdaşlıq

çərçivəsində xüsusən ixracla məşğul olan müştərilərimiz arasında bu sahədə təlim

və maarifləndirmə işləri aparılacaq. Bu əməkdaşlıq bir sıra innovativ bank

məhsul və xidmətlərinin yaradılmasına imkan verəcək. Mərkəzlə birgə marketinq

tədqiqatlarının aparılmasına, faydalı məlumat mübadiləsinə şərait yaradacaq.

Eyni zamanda, fərdi sahibkarlar arasında nağdsız ödənişlərin stimullaşdırılması

məqsədilə birgə layihələrin icrasına da kömək göstərəcək”.

İmzalanma mərasimindən sonra maliyyə resurslarının yerli startaplar üçün

əlçatanlıq səviyyəsi, bu sahədə mövcud olan problemlər, beynəlxalq bazarlara çıxış,

startaplar üçün vergi sistemi, startaplarla investorların görüşü, yerli investorların

startaplara investisiya qoyuluşuna təşviqi və s. mövzular ətrafında geniş müzakirələr

aparılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR