Logo

Azərbaycanda 7 minə yaxın gənc proqramçı olmaq istəyir!

Azərbaycanda 7 minə yaxın gənc proqramçı olmaq istəyir!
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Beynəlxalq Bankının yaratdığı IBA Tech Akademiyasına qəbul üçün indiyə

qədər 7 minə yaxın namizəd ərizə göndərib. Namizədlərin 30%-dən çoxu ilkin test mərhələsində

yüksək bal toplayaraq seçim prosesinin növbəti mərhələsinə keçib. IBA Tech Akademiyasında

təhsil arzusunda olan şəxslərin əksəriyyəti gənclərdir. Belə ki, namizədlərin orta yaş həddi 24 yaş

təşkil edir. Akademiyada təhsil almaq üçün müraciət etmiş namizədlərin 21%-i xanımlardır.

Namizədlər sırasında ölkəmizdəki müxtəlif ali məktəblərdə texniki ixtisaslar üzrə təhsil alan

tələbələr və universitet məzunları üstünlük təşkil edir.

Ərizə qəbulu sentyabrın 30-a qədər davam edəcək. 18 yaşı tamamlanmış, proqramçı olmaq

istəyən şəxslər bu müddətə qədər Akademiyanın internet səhifəsi üzərindən onlayn ərizə göndərə

bilərlər: www.ibatech.az

Tələbələrin IBA Tech Akademiyasının fəaliyyəti barədə ətraflı məlumatlandırılmasından ötrü

Azərbaycan Dövlət İqtisad Universitetində, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin

Bakı filialında, ADA Universitetində, Bakı Mühəndislik Universitetində, görüşlər keçirilib.

Azərbaycan Beynəlxalq Bankının və Akademiyanın fəaliyyətində Banka metodoloji dəstək verəcək

İsrail-Ukrayna şirkəti – "DAN.IT” təhsil mərkəzinin nümayəndələri tələbələrə qəbul qaydaları,

gələcək təlimlərin təşkili formaları barədə ətraflı məlumat verərək onların suallarını

cavablandırıblar. Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qruplarında da bu cür

görüşlərin keçirilməsi nəzərdə tutulub.

Azərbaycan Beynəlxalq Bankı belə bir Akademiyanı Korporativ Sosial Məsuliyyət layihəsində

yaradıb. Burada məqsəd ölkəmizin əmək bazarındakı ehtiyacları nəzərə alaraq peşəkar IT

mütəxəssislərinin hazırlanmasına dəstək olmaqdır. Ölkəmizin biznes mühitində ilk dəfə

reallaşdırılan bu sosial layihə çərçivəsində Akademiyada təhsil ödənişsiz olacaq.

IBA Tech Akademiyasında təşkil olunan ilk intensiv bootcamp proqramlarında iştirak üçün

müraciət edənlər arasından 2 istiqamət üzrə 100 tələbə seçiləcək. Namizədlər onlayn ərizə

göndərdikdən sonra seçim 4 mərhələ üzrə aparılır: qeydiyyat, texniki test, məntiq testi və fərdi

müsahibə. Təlimlərsə oktyabrın 10-dan Bakıda keçiriləcək və hər bir istiqamət üzrə 2,5 ay davam

edəcək. IBA Tech Akademiyası Bakı şəhəri, Neftçi Qurban küçəsi - 29 ünvanında yerləşən müasir

biznes mərkəzində fəaliyyət göstərəcək. Təlimləri beynəlxalq təcrübəli mütəxəssislər İsrailin

məşhur TELEM metodikası əsasında aparacaqlar. IBA Tech Akademiyasında təhsil tələbələrə

ixtisas bilikləri qazandırmaqla yanaşı, onların fərdi inkişafına, özlərini və layihələrini təqdim etmək

bacarıqlarını təkmilləşdirmələrinə faydalı olacaq. Kurs müddətində xüsusi fərqlənən məzunların

işlə təminatına kömək göstəriləcək.

IBA Tech Akademiyasının yeni sosial proqramlarına da qəbul planlaşdırılır, bu barədə yaxın

vaxtlarda ətraflı məlumat veriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR