Logo

Bakıda “Xəzəri qoruyaq!” adlı kütləvi ekoloji aksiya keçirilib

Bakıda “Xəzəri qoruyaq!” adlı kütləvi ekoloji aksiya keçirilib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

21 sentyabr tarixində Beynəlxalq Sahilyanı Təmizlik

Günündə ölkənin nüfuzlu şirkətləri, dövlət qurumları, müxtəlif təşkilat və yüzlərlə

könüllülərin iştirakı ilə keçirilmiş "Xəzəri qoruyaq!” adlı genişmiqyaslı ekoloji aksiya

çərçivəsində Buzovna çimərliyi tullantılardan təmizlənib.

"Coca-Cola”, "Bakcell", "PAŞA Bank” şirkətlərinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin,

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial

İnnovasiyalar üzrə Dövlət Agentliyinin, ASAN Könüllülük Məktəbinin təşkilatçılığı, həmçinin,

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin, ABŞ-ın və Avropa İttifaqına üzv

ölkələrin səfirliklərinin, ADA universiteti, "AzEkol”, "Carlsberg Azerbaijan”, "Nargis” jurnalı,

"ASAN Radio”, "Xəzər TV”, AFFA və Azərbaycan Velosiped İdmanı Federasiyasının

dəstəyi ilə keçirilmiş aksiya çərçivəsində 700-dən çox insan sahilyanı ərazini 3 tona yaxın

tullantıdan təmizləyib.

"Xəzəri qoruyaq!” aksiyası çərçivəsində toplanılmış tullantıların bölgüsü belədir: 1815 kq

qida qalıqları, tikinti materialları və şüşə, 211 kq plastmas, 30 kq karton və kağız, 15 kq

sellofan torba.

Qeyd edək ki, dünyanın bir çox ölkəsi hər il 21 sentyabr tarixini Beynəlxalq Sahilyanı

Təmizlik Günü kimi qeyd edir. Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri

sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Bu

məqsədlə on minlərlə insan könüllü olaraq yaşadıqları ərazilərin sahillərini tullantılardan

təmizləyirlər. Azərbaycan da bu beynəlxalq ekoloji aksiyada artıq 9 ildir ki, iştirak edir.

""Coca-Cola” bütün dünyada aktual olan məişət tullantıları probleminin həllində fəal rol

oynayır. Azərbaycanda artıq 9 ildir ki, çoxsaylı tərəfdaşlarımız ilə birlikdə Xəzər dənizinin

sahillərini hər il çimərlik mövsümü bitdikdə məişət tullantılarından təmizləyərək, insanları

ətraf mühitə qarşı daha məsuliyyətli olmağa çağırırıq. Çox şadıq ki, Azərbaycan bu

beynəlxalq hərəkatda hər il fəal iştirak edir və bu yolla biz, ölkəmizin, Xəzər dənizimizin

daha təmiz olmasına töhfəmizi vermiş oluruq.” - deyə "Coca-Cola” şirkətinin Qafqaz

regionu üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya meneceri Elşad Fərzəliyev bildirib.

"Hər il daha çox insanın, xüsusilə də gənclərin fəal şəkildə bu ekoloji aksiyaya qoşulduğunu

müşahidə edirik və bu fakt bizi sevindirməyə bilməz. Bu tədbir sadəcə ekoloji aksiya deyil,

həm də rəngarəng proqramı ilə böyük bir bayramdır. "Bakcell” şirkəti qarşıdakı illərdə də bu

böyük layihəyə dəstək verməyə hazırdır." deyə "Bakcell” şirkətinin PR və Korporativ

kommunikasiya departamentinin rəhbəri Süheylə Cəfərova vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial

İnnovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli bu

tip layihələrin gənclərin inkişafına verdiyi töhfəni vurğulayıb: "Hər ötən il aksiyaya qatılan

könüllülərin sayı durmadan artır. Builki aksiyaya 500 "ASAN

könüllüsü”nün qatılması gənclərin ekoloji layihələrə marağının artmasının bariz

nümunəsidir. Ekoloji layihələrin gənclərin həm də sosial məsuliyyətli fərd kimi

formalaşmasında xüsusi yeri var. Bu layihə sayəsində gənclər öz üzərilərinə düşən

məsuliyyəti dərk etmiş olurlar.”

"Xəzəri qoruyaq!” şüarı altında Buzovna çimərliyində keçirilən aksiya çərçivəsində

təxminən 3 tona yaxın tullantı qismən emala göndərilib, qalan hissəsi isə Balaxanı

poliqonuna göndərilib. Hər il çimərlik mövsümünün sonunda gənclərin, şirkət

əməkdaşlarının, onların ailə üzvlərinin iştirakı ilə keçirilən sahilyanı təmizlik aksiyası ölkədə

ekoloji durumunun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə

məsuliyyətlə yanaşma prinsiplərini təbliğ edir. Bütün aksiya iştirakçıları təşkilatçılar

tərəfindən nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və qida, həmçinin təmizlik üçün

lazımi ləvazimatlarla təmin olunub.

Qeyd edək ki, Azərbaycanda son 9 il ərzində keçirilən analoji birgünlük aksiya çərçivəsində

Xəzər dənizinin çimərliklərinin 45 hektara yaxın ərazisi 35ton məişət tullantısından

təmizlənib. Təmizlənən ərazilərdən toplanan tullantılar qeydə alınaraq "Ocean

Concervancy” beynəlxalq təşkilatına göndərilir. Həmin məlumatlar isə öz növbəsində dünya

su hövzələrinin təmizlənməsi haqqında ölkələr üzrə beynəlxalq hesabatlarda əks olunur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR