Logo

Azərbaycanda dəhşətli qəza: sərnişinin ayaqları amputasiya edildi - FOTO

Azərbaycanda dəhşətli qəza: sərnişinin ayaqları amputasiya edildi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az APA-ya istinadla bildirir ki, hadisə saat 04.30-da Bakı-Qazax magistral yolunun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, evakuatoru idarə edən sürücünün yuxulaması nəticəsində avtomobil yolun kənarında dayanan "KaMAZ” markaılı avtomobilə çırpılıb. Nəticədə evakuatorda olan sərnişin Gəncə sakini, 1980-ci il təvəllüdlü Dünyamalıyev Taleh Fərman oğlu ağır vəziyyətdə-ayaqlarının travamtik amputasiya və travmatik şok diaqnozu ilə Şirvan şəhər xəstəxanasına yerləşdirlib və əməliyyata götürülüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR