Logo

“Nar” “Bilik günü”nü kənd məktəbliləri ilə birgə qeyd etdi

“Nar” “Bilik günü”nü kənd məktəbliləri ilə birgə qeyd etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Elm və təhsilin inkişafına xüsusi önəm verən "Nar” "Bilik günü” münasibətilə daha bir uğurlu sosial

layihəsini həyata keçirib. Bu dəfə mobil operator kənd məktəblilərini sevindirib. "Nar” Cəlilabadın

Təzəkənd kəndində yerləşən məktəbin 1-ci sinif şagirdlərini bütün lazımi məktəb ləvazimatları ilə

təmin edib. Bura məktəblilərin tədris ili dövründə istifadə edəcəkləri məktəbli çantası, dəftər, rəngli

karandaşlar və digər dəftərxana ləvazimatları daxildir. Bununla da mobil operator məktəbə yeni

qədəm qoyan uşaqlarda oxumağa həvəs yaratmağa çalışıb.

"Nar”-ın gəlişi uşaqların da sevincinə səbəb olub və onların bayramına bayram qatıb. Şagirdlər

hadiyyələrə bigarə qalmayıblar. Onlar məktəbi uğurla başa vuracaqlarına, gələcəkdə ölkəmizə

layiqli vətəndaş və öz peşələrinin ən yaxşı mütəxəssisi olacaqlarına söz veriblər.

Qeyd edək ki, "Nar” Cəlilabadın Təzəkənd kəndində yerləşən məktəbə artıq 2-ci dəfədir ki, səfər

edib. Mobil operator bu il aprelin 23-də Beynəlxalq Kitab Günündə məktəbin kitabxanasına 500-dən

artıq kitab və elektron kitabxanaya giriş imkanı yaradan müasir kompüterlər hədiyyə etmişdi.

"Azerfon”-un İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov bildirib ki, elm və təhsilin

təbliği "Nar”-ın sosial layihələrinin vacib istiqamətlərindən biridir: "Bir neçə ay bundan öncə biz bu

məktəbə kitablar hədiyyə edəndə uşaqların gözlərində yaranan sevinc işığ, oxuma həvəsi bizi bir

daha bura gətirdi. Məqsədimiz odur ki, məktəbə yeni qədəm qoyan şagirdlər "Nar”-ın diqqətini hiss

etsinlər. İnanırıq ki, bizim dəstəyimiz şagirdlərin təhsilə marağını daha da artıracaq və onlar

gələcəkdə yüksək bilik əldə etməklə cəmiyyətimizin inkişafına öz təhfələrini verəcəklər”.

Məktəbin direktoru Valeh Niftiyev bu hədiyyələrin şagirdlərin daha yaxşı oxumasına stimul

verəcəyini bildirib: "Bizim məktəblilər arasında bu vəsaiti almaqda çətinlik çəkən ailələr vardı. Bu

onlar üçün xüsusilə böyük hədiyyə oldu. Bundan əvvəl "Nar”-ın bizim kitabxanaya tədim etdiyi

kitablar şagirdlərin mütaliəyə marağını daha da artırdı. Təqdim edilən hədiyyələri bizə verilən yüksək

dəyər kimi qiymətləndiririk və "Nar” a təşəkkür edirik”.

Qeyd edək ki, "Nar” məktəbləri kitabla və məktəb ləvazimatları ilə təmin etməyi artıq bir ənənə

halına çevirib. Mobil operator uşaqlada kitab oxumaq vərdişinin formalaşmasına dəstək olmaq və

təhsilin önəmini aşılamaq məqsədilə uğurlu layihələr icra edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR