Logo

Bakcell və ASAN könüllüləri növbəti dəfə uşaqları sevindirdilər

Bakcell və ASAN könüllüləri növbəti dəfə uşaqları sevindirdilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti növbəti

dəfə "ASAN Könüllüləri” Təşkilatının "ASAN Məktub” layihəsinin təşəbbüsündə iştirak edib.

Təşəbbüs çərçivəsində "ASAN Könüllüləri” Təşkilatı və Bakcell şirkətinin əməkdaşlığı,

"Məktəblinin dostu” layihəsinin tərəfdaşlığı ilə xüsusi aksiya təşkil olunub.  "Bilik Günü”

münasibətilə keçirilmiş bu aksiyanın əsas məqsədi yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq

həssas qruplara aid uşaqları sevindirmək, onların arzu və istəklərini reallaşdırmaqdır.

Bakcell nümayəndələri və ASAN könüllülərinin iştirakı ilə keçirilmiş xüsusi tədbirdə 284 nömrəli

məktəbdə təhsil alan 25 şagirdə "Bakcell”dən məktəbli çantaları və digər məktəb ləvazimatları

hədiyyə edilib.

"ASAN Məktub” layihəsinin əsas məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək

və cəmiyyətdə sosial məsuliyyət və qayğı hissini daha da artırmaqdır. Uşaqların saf arzularını

reallığa çevirən "ASAN Məktub” layihəsi 14 yaşadək olan uşaqları əhatə edir. Layihə çərçivəsində

uşaqların məktubları www.asanmektub.az saytına yerləşdirilir və onların istəkləri müxtəlif

şirkətlər və xeyirxah vətəndaşlar tərəfindən gerçəyə çevrilir. Bakcell şirkəti layihəyə həmçinin

mobil rabitə dəstəyi göstərir.

Bakcell şirkəti xüsusi qayğıya ehtiyacı olan və həssas qruplara aid uşaqlara dəstək göstərilməsi,

onlar üçün bərabər hüquqların, inklüziv təhsil imkanlarının təmin edilməsinə yönəlmiş bir çox

layihələrdə fəal iştirak edərək minlərlə uşağa dəstək göstərir. "ASAN Məktub” layihəsi ilə

tərəfdaşlıq Bakcell şirkətinə uşaqları sevindirmək və onların saf arzularını həyata keçirmək üçün

daha böyük imkan yaradıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR