Logo

Azərbaycanda film kimi hadisə: Oğul öz əməli ilə atanı şoka saldı - FOTO

Azərbaycanda film kimi hadisə: Oğul öz əməli ilə atanı şoka saldı - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Qubada oğurluq hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Sfera.az-a verilən məlumata görə, rayonun Vladimirovka kənd sakini Kərim Əlişanov Polis Şöbəsinə ərizə ilə müraciət edərək, ona məxsus fərdi yaşayış evindən 47 min ABŞ dollarının naməlum şəraitdə oğurlandığı barədə məlumat verib.

Məlumatla əlaqədar RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb və hadisə yerinə baxış keçirilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində pulların zərərçəkənin oğlu, 18 yaşlı Röyal Əlişanov tərəfindən oğurlandığı məlum olub.

İlkin dindirilmə zamanı R.Əlişanov tutduğu əməli etiraf edərək, müxtəlif vaxtlarda atasına məxsus pulları hissə-hissə oğurladığını bildirib.

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR