Gürcüstan Prezidenti Qaxda - FOTOLAR
Kateqoriya məlum deyil
Gürcüstan Prezidenti Salome Zurabişvili Bakıda keçirdiyi rəsmi görüşlərdən sonra Qax rayonuna yollanıb.
Sfera.az bildirir ki, S.Zurabişvili Qaxda gürcü icmasının üzvləri ilə görüşüb.
Qeyd edək ki, Gürcüstan Prezidenti Bakıda yaşıyan etnik gürcülərlə, diaspora nümayəndələri ilə, həmçinin tələbə və sahibkarlarla görüş keçirib. Görüş Gürcüstanın Azərbaycandakı Səfirliyində təşkil edilib.






