Nəsimi rayonunda Xocalı şəhidləri anıldı - FOTOLAR
Tarixi həqiqətlərin daha yaxından öyrənilməsi, vaxtı ilə mənfur qonşularımız və onların havadarları tərəfindən törədilən fəlakətlərin faktlarla gənclərə çatdırılması məqsədilə Xocalı faciəsinin ildönümü ərəfəsində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayonun orta məktəblərində oxuyan yuxarı sinif şagirdlərinin Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yaradılmışMemorial Soyqırım Muzeyinə ekskursiyaları, «Ana harayı»abidəsinə ziyarəti təşkil edilir.
Faciənin ildönümü ərəfəsində Kliniki Tibbi Mərkəzdə Xocalı şəhərindən köçkün düşərək Nəsimi rayonunda məskunlaşmış bir qrup Xocalı nümayəndələri ilə görüş keçirilmişdir.Tədbirdə Kliniki Tibbi Mərkəzin baş həkiminin müavini Məhəbbət İbrahimova çıxış edərək Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimayiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə məlumat vermişdir. Tədbirdəiştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Gülarə Verdiyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qaçqın və məcburi köçkünlərə, xüsusilə Xocalılara olan diqqət və qayğısından ətraflı bəhs edərək, Nəsimi rayonunda Xocalı faciəsinin 27-ci ildönümünə həsr edilmiş tədbirlər haqqında məlumat vermişdir.
Görüşdən sonra Nəsimi rayon ərazisində məskunlaşmış Xocalı sakinlərininKliniki Tibbi Mərkəzdəpulsuz tibbi müayinələri təşkil olunmuşdur. Tibb müəssisəsində Xocalılar əvvəlcə terapevtlər tərəfindən, sonra isə ehtiyaca uyğun olaraq ixisaslı həkimlərin iştirakı ilə rentgen, kardioqram, ultrasəs və diğər müayinələrdən keçirilmişlər. Xocalı sakinlərinin ailələrində olan azyaşlı uşaqlar da ixtisaslı uşaq həkimləri tərəfindən müayinədən keçirilmişdir.
Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı Nəsimi rayonu 1 nömrəli tam orta məktəbdə də H.Sarabski adına Mədəniyyət Evinin kollektivinin ifasında Xocalı soyqırımı ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirildilmişdir.
Həmçinin faciənin ildönümü ərəfəsində Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan musiqi zalında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tərəfindən Xocalı şəhidlərinin əziz xatirəsinə həsr edilmiş Orqan konserti təşkil edilmişdir. Konsertdə R.Ramazanovun "And”, Q.Qarayevin "Laylay”, A.Sandvollun "İntroduksiya və passakalya”, C.Perqolezinin "Stabat Mater”("Hüzünlü ana”) əsərləri səsləndirilmişdir.






