Logo

Şamaxıda zəlzələ zamanı məktəbin tavanı çökdü, dərslər dayandırıldı - FOTOLAR

Şamaxıda zəlzələ zamanı məktəbin tavanı çökdü, dərslər dayandırıldı - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Şamaxı rayonunda baş verən zəlzələ zamanı şəhər 2 saylı tam orta məktəb qəzalı vəziyyətə düşüb.
"Report"un verdiyi məlumata görə, iki korpusdan ibarət olan məktəbin 2-ci korpusunun tavan hissəsi çöküb, binanın 3-cü və 2-ci mərtəbəsində çatlar əmələ gəlib və qəzalı vəziyyətə düşüb.

Məktəbin qəzalı vəziyyətə düşən korpusuna şagird və müəllimlərin girişi qadağan edilib. Məktəbin 1-ci korpusu birmərtəbəli olduğundan binaya ziyan dəyməyib. Məktəbdə dərslər müvəqqəti olaraq dayandırılıb.

Əraziyə FHN əməkdaşları və yerli icra hakimiyyətinin rəsmiləri baxış keçiriblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR