Logo

Bu gün gömrük işçilərinin peşə bayramıdı - FOTO

Bu gün gömrük işçilərinin peşə bayramıdı - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bu gün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasından 27 il ötür.

Bu bayram ümummilli lider Heydər Əliyevin 10 yanvar 1997-ci il tarixli sərəncamı ilə təsis olunub.

Gömrük əməkdaşları peşə bayramı münasibətilə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR