Logo

Gecə həyatı üçün mer təyin edildi- Fotolar

Gecə həyatı üçün mer təyin edildi- Fotolar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Çexiyanın paytaxtı Praqanın şəhər soveti gecə meri vəzifəsinin və gecə həyatının inkişaf etdirilməsi komissiyasının yaradılması barədə qərarı təsdiqləyib.

Sfera.az xəbər verir ki, bu vəzifəyə Praqanın mədəniyyət mərkəzinin rəhbəri Yan Ştern təyin olunub. Komissiyaya şəhər adminstrasiyasının üzvləri və polis də daxil edilib.

Gecə merinin ilk vəzifəsi gecə klubları ilə şəhər sakinləri arasındakı konfliktlərin həll edilməsidir. Son zamanlar Praqanın turistlər üçün daha da cəlbedici olması yerli vətəndaşları narahat etməyə başlayıb. Bu səbəbdən paytaxtın müəyyən yerlərində spirtli içkilər qadağan olunub. Gecə meri bildirir ki, daima konflikt olan yerlərdə requlyar olaraq polis patrulları gəzir.

Qeyd edək ki, ilk dəfə bu vəzifə 2012-ci ildə Niderlandın paytaxtı Amsterdamda yaradılıb. Sonradan analoji vəzifələr Londonda, Pittsburqda, Sindeydə də təsis olunub.

Gecə həyatı üçün mer təyin edildi- Fotolar
Gecə həyatı üçün mer təyin edildi- Fotolar
Gecə həyatı üçün mer təyin edildi- Fotolar
Gecə həyatı üçün mer təyin edildi- Fotolar
Gecə həyatı üçün mer təyin edildi- Fotolar
Gecə həyatı üçün mer təyin edildi- Fotolar

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR