Logo

Rusiyada ağır qəza: iki azərbaycanlı öldü - YENİLƏNİB - FOTO

Rusiyada ağır qəza: iki azərbaycanlı öldü - YENİLƏNİB - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
17:52

Voronej bölgəsində baş verən qəza ilə bağlı yeni məlumatlar yayımlanıb.

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Boruçarsk rayon xəstəxanasından bildirilib.

Qəza zamanı ölənlərin ikisi də kişidir:

"Onlar və yaralanan yeddi nəfər Azərbaycan vətəndaşlarıdır. Qəzaya uğrayan mikroavtobus reys üzrə hərəkət etmirmiş.

Yaralılardan biri reanimasiyadadır, ikisinin vəziyyəti orta ağırdır, dördünə isə ambulator yardım göstərilib", - məlumatda qeyd edilib.

-----------

14:15

Rusiyanın Voronej vilayətində baş vermiş avtomobil qəzası nəticəsində iki Azərbaycan vətəndaşı həlak olub.

Sfera.az Trend-ə istinadən xəbər verir ki, vilayətin Boquçarovsk rayonu ərazisində mikroavtobusla yük maşını toqquşub.

Qəza nəticəsində daha 3 azərbaycanlının xəsarət aldığı bildirilir. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, mikroavtobusda 9 nəfər olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR