Kralın son saatları- FOTOLAR
Kateqoriya məlum deyil
Larri Entoni Pannel adlı tanınmış fotoqraf Cənubi Afrika Respublikasında yerləşən "Kryuger” parkında maraqlı çəkiliş edib.
Sfera.az xəbər verir ki, fotoqraf yaşlı aslanın son günlərini lentə alıb.
Nə vaxtsa bu şir parkdakı bütün heyvanları qorxu altda saxlayan güclü heyvan idi. Ancaq yaşlanandan sonra onu gənc aslanlar onu sürüdən qovur.Getdikcə gücünü itirən, arıqlayan aslan ölümə məhkum olur.
Fotoqraf günlərlə onu izləyir, lap yaxınlıqdan çəkir:
" İstəmirdim ki, o təklikdə ölsün. Bir-birimizin gözlərinə baxırdıq, ikimiz də bilirdik ki, bu sondur.”





