69 yaşlı əlil, onkoloji xəstə Everesti fəth etdi - FOTOLAR
Kateqoriya məlum deyil
69 yaşlı çinli Sya Boyu Everesti ayaqları olmadan fəth edən ilk insandır.
Sfera.az xəbər verir ki, bu insanın mübarizliyinə ancaq həsəd aparmaq olar.
Sya ilk dəfə Everisti uzaq 1975-ci ildə fəth etmək istəyib. Ancaq alınmayıb, ayaqları donub. Sonradan hər iki ayağı amputasiya olub.
1996-cı ildə ona qan xərçəngi dianozu qoyulub. Lakin o qarşısına qoyduğu məqsəddən çəkilməyib. Zirvələri bir-bir fəth edib. Sonda Everestin də zirvəsinə qalxıb.





