Logo

O təyyarələrdən bombardman üçün istifadə edən ilk ölkə İsrail oldu - FOTO

O təyyarələrdən bombardman üçün istifadə edən ilk ölkə İsrail oldu - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ istehsalı, "kabus təyyarə” adı ilə tanınan F-35 döyüş təyyarələrində hərbi əməliyyatlarda istifadə edən ilk ölkənin İsrail olduğu iddia edilir.

Sfera.az xəbər verir ki, İsrailin "Haaretz” qəzetinin yazdığına görə, israilli komandir Amikam Norkin bu ayın əvvəli Suriyadakı hədəflərin F-35-lərlə vurulduğunu iddia edib. Norkon İsrailin F-35-lər vasitəsilə Suriyaya 100-dən çox raket buraxdığını deyib.

"İsrailə məxsus F-35 döyüş təyyarələri Yaxın Şərqdə hər nöqtəyə uçur və biz bu təyyarələri indiyə qədər iki fərqli cəbhədə istifadə etdik”, – deyə o bildirib.

İsrail ordusu 2010-cu ilin sentyabrında ABŞ-dan hər biri 110 milyon dollara 19 ədəd F-35 satın almışdı. Hazırda İsrail ordusunda 33 ədəd F-35 var.

Türkiyənin də sifariş verdiyi 107 ədəd F-35 təyyarəsini bu il təhvil alması gözlənilir.

Rəsul

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR