Üçtəkərli təcili yardım - FOTOLAR
Kateqoriya məlum deyil
Yollarda tıxaclar Hindistanda da böyük problemdir. Xüsusən təcilli yardıma ehtiyacları olanlar üçün. Həkimlər yollardakı sıxlıq ucbatından xəstələrin yanına vaxtında yetişə bilmirlər.
Sfera.az xəbər verir ki, Hindistan hğkuməti vəziyyətdən çıxış kimi 3 təkərli moped-təcili yardımlardan istifadə edəcək. Bu kiçik nəqliyyat vasitəsi daha manevrlidir, istənilən dar yerdən keçib gedə bilir.
Mopeddə xəstəni daşımaq üçün kobinə, bir həkimlik yer və dərman ləvazimatları var.
Bu kiçik təcili yardımla xəstəyə gecikmədən ilkin tibbi yardım göstərmək olur.





