Türk aktyor bu tvitə görə həbs olundu - FOTO
Türkiyəli aktyor Barış Atay İstanbul Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Sfera.az xəbər verir ki, Atayın İstanbul Baş Prokurorluğunun açdığı istintaq işi çərçivəsində saxlanıldığı bildirilir. Aktyorun "Twitter” hesabında paylaşdığı tvitə görə həbs olunduğu iddia edilir. İfadəsinin alınması üçün aktyor polisə aparılıb.
Atak bir neçə gün əvvəl Soma mədən qəzası faciəsi zamanı mədən işçisini təpikləyən prezident müşaviri Yusif Yerkelin fotosunun altından hədələyici şərh yazmışdı:
"Hamınız ağlayaraq üzr istəyəcəksiniz. O gün gələndə bağışlayanı da, acıyanı da, mühakimə etməkdən imtina edəni də unutmayacağıq! "Nəvələrlə pensiya həyatı yaşamaq, hamımız qardaşıq, dava istəmirik”? kimi şeylər olmayacaq. Hər şey təzə başlayır. Bu ölkəyə, bu ölkənin insanına qarşı etdiklərinizin hesabını verəcəksiniz”.
"Hürriyyət” qəzetinin jurnalisti Hakan Atay bu mesajla bağlı İYİ Partiya sədri Meral Akşenerə və CHP-nin prezidentliyə namizədi Məhərrəm İncəyə müraciət edərək "Cənab Məhərrəm İncə! Xanım Meral Akşener! Lütfən bu adama həddini bildirin!” yazmışdı.
Atay da Hakana verdiyi cavabda "Sən də mühakimə olunacaqsan Ahmet Hakan”, demişdi.
Sfera.az






