Logo

700 balın nümunələri... - Onları siz də tanıyın

700 balın nümunələri... - Onları siz də tanıyın
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Xəbər verdiyimiz kimi, mayın 13-də keçirilmiş II və III ixtisas qruplarının qəbul imtahanının nəticələrinə əsasən 7 nəfər 700 bal toplayıb. 

Sfera.az bildirir ki, II qrup üzrə 2 nəfər maksimum nəticə göstərib. Onlardan biri Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyanın məzunu Cahan Haşımzadədir.

700 balın nümunələri... - Onları siz də tanıyın

Digər 700 toplamış Jalə Rəcəbova isə Xaçmaz tarixində bir ilkə imza atıb. Belə ki, 8 saylı şəhər orta məktəbin məzunu rayonda ilk tam nəticə göstərən abituriyentdir.

700 balın nümunələri... - Onları siz də tanıyın

III ixtisas qrup üzrə isətam nəticə göstərənlərin sayı bir qədər yüksək- 5 abituriyentdir.

Maraqlısı budur ki, II qrup birincilərindən fərqli olaraq bu dəfə tam bal toplayanların hamısı Bakı şəhərində təhsil alır.

Onlardan ikisi Respublika Olimpiadasının qızıl medal qalibidir.

Bakı şəhər Texniki-Humanitar liseyinin şagirdi Zeynəb Quluzadə Azərbaycan dili və ədəbiyyatı fənni üzrə Respublika Olimpiadasının qızıl medalçısı olub.

700 balın nümunələri... - Onları siz də tanıyın

Bakı şəhəri 45 nömrəli məktəbin məzunu Elvin Kərimli isə  Tarix üzrə Respublika Olimpiadasının qızıl medal sahibi, AzTV-də yayımlanan "Əlaçı” verilişinin qalibi olub.

700 balın nümunələri... - Onları siz də tanıyın

Suraxanı rayonu 89 saylı məktəbin şagirdi Şahxanım Həsənova da tam nəticə göstərənlər siyahısındadır.

700 balın nümunələri... - Onları siz də tanıyın

Xəyyam Sultanlı Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin tarixində 18-ci 700 bal toplamış şagirdidir.(Qafqazinfo)

700 balın nümunələri... - Onları siz də tanıyın

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR