Logo

Bakıda əl qumbarası və müxtəlif növ patronlar tapıldı

Bakıda əl qumbarası və müxtəlif növ patronlar tapıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün saat 06:31-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində əl qumbarasının və patronların tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Sfera.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Binəqədi rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Qəsəbənin məişət tullantıları ərazisinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 24 ədəd partlamamış hərbi sursat (23 ədəd müxtəlif növ patron, 1 ədəd F-1 əl qumbarası) və 17 ədəd boş patron aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR