Yevlaxda 12 yaşlı oğlanla, 14 yaşlı qızı evləndirən valideynlər məsuliyyətə cəlb olunacaqlar? - Hüquq nə deyir?
Xəbər verdiyimiz kimi Yevlax rayon Cirdaxan kəndində qeyri-adi toy keçirilib. 12 yaşlı oğlan uşağı ilə 14 yaşlı qızın toyu olub. Evlənən cütlüyün yaşının azlığı diqqət çəkir. Maraqlıdır, belə olan halda valideynlər hansı məsuliyyətə cəlb oluna bilərlər?
Bu evliliyi anomal hadisə kimi dəyərləndirən vəkil Elvin Səlimov Sfera.az-a açıqlamasında bu hadisəylə bağlı valideynlərin hansı halda məsuliyyətə cəlb olunacağından danışıb.
O bildirib ki, evliliyin məcburi olduğu aşkarlanarsa, bu zaman valideynlər məsuliyyətə cəlb olunacaqlar:
"Araşdırma zamanı bu evliliyin məcburi olub-olmadığı aşkarlanacaq. Bunun üçün qohumlar, yaxınlar proses zamanı dindiriləcək. Evliliyin məcburi olduğu aşkarlanarsa, valideynlər məsuliyyətə cəlb olunacaq”.
Şəxslərin məcburi ailə qurduqları aşkarlanarsa, valideynlər Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq məsuliyyətə cəlb olunurlar.
Nigar Məhərrəm
Sfera.az






