Logo

“Mən evlənəndə 19 yaşım, onun isə...” - Sibel Canın keçmiş həyat yoldaşı...

“Mən evlənəndə 19 yaşım, onun isə...” - Sibel Canın keçmiş həyat yoldaşı...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyəli müğənni Sibel Canın keçmiş həyat yoldaşı Hakan Ural Sibel Canla qurduğu ailə həyatından danışıb. H.Ural deyib ki, biz evlənəndə Sibelin 17, mənim isə 19 yaşım var idi:

"Sibel Canla 1988-ci ildən, 1999-cu ilə kimi evli olmuşuq. O, mənim iki övladım Engincan və Melisanın anasıdır. Biz evlənən vaxtı çox uşaq idik. Sibel 17, mən isə 19 yaşında idim. Sibel fədakardır. Onun analığını çox sevirəm. Gecə həyatı yoxdur. İçki içib, siqater çəkməz. Dəbdəbəli yaşamağı da sevməyib heç vaxt. Qazancıyla övladlarına və yaxınlarına baxır. Məktəb və xəstəxana tikir, amma bunu heç kimə deməz”.

Hakan Ural çox yediyini də etiraf edib:

"Çox yemək yeyənəm. Bir dəfəyə 10 adamın yeməyini yeyərəm. Hətta bununla bağlı mərc də gələ bilərəm”.(moderator.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR