İlin ən dəbdəbəli gecəsində İlluminati izi - Bu dini ritual idi? - FOTOLAR
İlin ən səs-küylü moda təbdiri hesab edilən "Met gala” ötən gün ABŞ-ın Nyu York şəhərində baş tutub.
Sfera.az xarici mətbuata istinadən bildirir ki, tədbirin bu ilki mövzusu "Cənnətlik bədənlər: Moda və Katolik xəyal gücü" ("Heavenly Bodies: Fashion and the Catholic Imagination”) olub.
Gecədə iştirak edən Rihanna, Sara Cessika Parker, Madonna, Kim Kardaşyan kimi ulduzlar tədbirin uyğun uyğun geyiniblər.
Tədbirdəki geyimlərdə xristian dininin simvolları öz əksini tapsa da, bir çox sosial şəbəkə istifadəçisi həmin gecəni masonların məşhur İlluminati təşkilatı ilə əlaqələndirib.
Tədbirindən paylaşılan fotoların altında bir çox insan "İlluminatinin dini ritualı" şərhini yazıb. Onların hansı əsasla bu fikrə gəldiklrəi isə naməlum qalıb.
Sfera.az həmin gecədən fotoları təqdim edir:
Lalə Nəsirova
Sfera.az






