Logo

Dünyanın ən kök uşağı arıqladı - FOTO

Dünyanın ən kök uşağı arıqladı - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İndoneziyada yaşayan 12 yaşlı Arya Permana ötən il dünyanın ən kök uşağı kimi gündəmə gəlmişdi.

Sfera.az xarici mətbuata istinadən bildirir ki, hərəkət etməkdə çətinlik çəkən, ayaqda 5 dəqiqədən artıq qala bilməyən, hətta məktəbə belə gedə bilməyən uşağın ailəsi müzakirələrə səbəb olmuşdu. Həkimlər əməliyyat olunmadığı təqdirdə Aryanın öləcəyini  bildirmişdilər.

Mədə əməliyyatı keçirən Arya hazırda 80 kiloqram arıqlayıb. O, indi həm məktəbə gedə bilir, həm də yaşıdları kimi əyləncəli oyunlar oynayır. Arya arıqlamağa davam edərək normal çəkiyə düşməyi planlaşdırır.

Dünyanın ən kök uşağının öncəki və 80 kilo arıqladıqdan sonra çəkilən fotolarını təqdim edirik:

Lalə Nəsirova

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR