İnsanları öldürüb ətini dükanda satırmış: "Əməllərimdən peşman deyiləm" - FOTO
Cozef Metani Amerikanın ən tanınmış manyaklarından olub.
Sfera.az xəbər verir ki, adam yediyinə görə ona "hannibal" ləqəbi verilmişdi.
1976-ci ildən başlayaraq Cosef əxlaqsız qadınları tovlayıb evinə gətirir, öldürür, doğrayaraq ət maşınından keçirir və soyuducuda saxlayırdı. Sonra gündəlik bu ətlə qidalanırdı.
Ət artıq qalanda o "biznes layihə” fikiləşdi. Dükan açaraq hamburger və buterbrod satmağa başladı. Onun buterbrodlarını hamı tərifləyirdi. Ancaq dadlı buterbrodun içindəkinin insan əti olması heç kimin ağlına gəlmirdi.
Biznes üçün daha çox ət lazım olanda Cozef 2-3 fahişəni bir gündə doğrayırdı. Məsələn, 1995-ci ildə o, 45 yaşlı Keti En Maqaziner və 26 yaşlı Kimberl Spayseri eyni vaxtda öldürdü.
1996-cı ildə Rita Kemperi piştaxtaya ət kimi çıxarmağa nail olmadı, qız onun əlindən qaçıb polisə xəbər verdi. Metani həbs olundu. İstintaqda manyak etiraf etdi ki, insan əti donuz ətindən fərqlənmir, eyni dadı verir. Məhkəmədə Cosef xeyli fahişə öldürdüyünü dedi. Bir gündə hətta 5 nəfəri doğramışdı. Lakin bu qətllərdən yalnız 8-ni sübut etmək oldu. Metaniyə ölüm hökmü verildi. Lakin 2000-ci ildə bu hökmü ömürlük cəza ilə əvəz etdilər.
Məhkəmədə son söz alan manyak bunları demişdi:
"Siz gözləyirsiz ki, mən əmməllərimdən peşman olduğumu deyim. Ancaq bunu desəm yalan olar”
İlqar Atabəyli
Sfera.az






