Yeni gəlir sahəsi olan toy turizmi: Bir dəfəyə 25 milyon dollar xərcləyən var - FOTO
Türkiyənin əsas turizm şəhərlərindən biri olan Antalyada hindlilərin təşkil etdiyi toy mərasimlərinə milyon dollardan da artıq vəsait xərclənib.
Sfera.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, son zamanlar bütün dünyada ən çox gəlir gətirən sahələrdən biri də toy turizmidir. Adətən, daha imkanlı ailələr toylarını yaxın ölkələrdə qeyd etməyi qərara alırlar. Lakin hindlilər üçün bu turizm ölkələrindən ən çox Türkiyə diqqət çəkir. Maraqlıdır ki, Antalyada milyon dollardan artıq vəsaitin xərcləndiyi bu toylarda bütün məsrəflər qız evi tərəfindən qarşılanır. Bu toylar həm də 3 gün, 3 gecə davam etməsi ilə diqqət çəkir.
Türkiyədə təşkil olunan bu toylar üçün 500 mindən 25 milyon dollaradək vəsait xərclənir.
Qeyd edək ki, hindlilərin ölkəxaricində təşkil etdikləri ən bahalı toy mərasimi isə 75 milyon dollar başa gəlib.
Nigar Məhərrəm
Sfera.az






